“Başakşehir”dən Qətər klubuna
02.06.2025 , 21:05

“Başakşehir”in hücumçusu Kristof Pyontekin yeni klubu məlum olub.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisinin futbolçusu karyerasını Qətərin “Əl-Duhail” komandasına keçib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
29 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Bu transfer Qətər klubuna 11 milyon avroya başa gəlib.
