Türkiyə Super Liqasında mübarizə aparan “Başakşehir” Emre Belözoğlu ilə yeni müqavilə imzalayıb.
Korner.az-ın məlumatına görə, bu haqda “beIN Sports” xəbər yayıb.
36 yaşlı futbolçu ilə müqavilənin müddəti 1 il uzadılıb.
Klub prezidenti Göksel Gümüşdağ məsələ ilə bağlı açıqlama verib: “Emre fiziki və psixoloji cəhətdən komandaya çox xeyir verir. Baş məşqçi Abdullah Avcı və rəhbərliyin istəyi ilə müqavilənin müddətini uzatdıq. Emre və ailəsi üçün xeyirli olsun”.
