“Başakşəhər”in futbolçusu rəsmən “Neftçi”də
19.09.2020 , 17:56

“Neftçi” növbəti transferini reallaşdırıb.
Korner.az xəbər verir ki, paytaxt təmsilçisi türk mərkəz müdafiəçisi Mert Çeliklə güclənib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 20 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Mert Çelik icarə əsasında “Neftçi”də çıxış edəcək. O, 20 nömrəli formanı geyinəcək.
Müqavilə ilə Türkiyənin “Başakşəhər” klubuna məxsus olan Mert Çelik Azərbaycanın U-21 milli komandasının da üzvüdür.
