“Başakşəhər”dən yeni transfer
20.07.2023 , 15:31

“Başakşəhər” növbəti transferini rəsmiləşdirib.
Korner.az xəbər verir ki, Super Liqa təmsilçisi Polşa yığmasının və Almaniyanın “Herta” klubunun hücumçusu Kşiştof Pyonteki heyətinə qatıb.
28 yaşlı forvardla 3 illik müqavilə imzalanıb. O, “Başakşəhər”də 9 nömrəli formanı geyinəcək.
