“Başakşəhər”dən “Qarabağ”a transfer
30.01.2020 , 14:53

“Qarabağ” futbol akademiyasına türkiyəli məşqçi gətirib.
İHA yazır ki, Öndər Karaveli klubun akademiyasında koordinator köməkçisi vəzifəsinə təyin edilib.
45 yaşlı mütəxəssis daha öncə “Beşiktaş” və “Başakşehir”in U-21 komandalarında baş məşqçi olub. O, son olaraq, “Başakşehir”in U-19 komandasını çalışdırıb.
“Qarabağ”ın akademiyasının koordinatoru türkiyəli Tacəddin Doğandı.
