“Başakşehir” futbolçusu Azubuike Okeçukvu ilə yollarını ayırıb.
Korner.az xəbər verir ki, bu barədə Superliqa klubunun rəsmi saytı məlumat yayıb.
25 yaşlı yarımmüdafiəçi 1-ci liqa təmsilçisi “Çaykur Rizəspor”a transfer olunub.
Nigeriyalı futbolçu 2019-cu ildən “Başakşehir”də oynayırdı.