Futbol

“Başakşəhər” baş məşqçisi ilə yollarını ayırdı

29.01.2021 , 18:33

“Başakşəhər” baş məşqçisi Okan Burukla yollarını ayırıb.

Korner.az xəbər verir ki, 47 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Buna komandanın bu mövsüm uğursuz nəticələr göstərməsi səbəb olub.

Okan Buruk 2019-cu ildən “Başakşəhər”i çalışdırırdı. İstanbul təmsilçisi ötən mövsüm onun rəhbərliyi ilə Super Liqa çempionu olub.

Son yazılar

Yuxarı