“Başakşəhər” 3 futbolçu ilə sağollaşdı
15.06.2023 , 19:47

“Başakşəhər” üç futbolçusu ilə yollarını ayırıb.
Korner.az xəbər verir ki, klub oyunçular – Caner Erkin, Adnan Yanuzay və Lukas Bilya ilə vidalaşıb.
İspaniyanın “Sevilya” klubundan icarəyə götürülmüş Yanuzayın icarə müddəti bitib və o, La Liqa təmsilçisinə qayıdıb.
Caner və Lukasın isə klubla müqaviləsinin müddəti bitdiyi üçün komandanı tərk ediblər.
