Futbol azarkeşlərinin diqqətlə izlədiyi Avro-2012-nin D qrupu çərçivəsində bu axşam keçiriləcək Ukrayna – Fransa matçı ilə bağlı Ukraynanın baş naziri Mikola Azarov mərcə girib. Korner.az-ın məlumatına görə, ölkəsinin yığmasının qalib gələcəyinə əmin olan nazir bu axşam baş tutacaq Fransa ilə matçdan Ukraynanın qalib gələcəyini proqnozlaşdırır.
Lakin mərcin təfərrüatları açıqlanmayıb.
Qeyd edək ki, Ukrayna – Fransa matçı bu axşam Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
