Baş məşqçini yerə yıxan futbolçunun cəzası açıqlandı
14.11.2019 , 18:24
Almaniyanın “Ayntraxt” klubunun futbolçusu David Abraham cəzalandırılıb.
Korner.az xarici mətbuata istinadən xəbər verir ki, buna müdafiəçinin Bundesliqanın XI turunun “Frayburq”la matçında rəqib komandanın baş məşqçisi Kristian Ştrayxı vuraraq, yerə yıxması səbəb olub.
Epizoddan sonra görüşün baş hakimi Abrahamı meydandan qovub.
Futbolçu bu davranışına görə 7 oyunluq cəza alıb, eyni zamanda, 25 min avro da cərimələnib.