Baş məşqçiyə 5 oyunluq cəza
20.04.2021 , 16:18

AFFA İntizam Komitəsinin iclası keçirilib.
Korner.az xəbər verir ki, Premyer Liqanın XXIII turunun “Keşlə” – “Sabah” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
I Divizionun XIII turunun “Keşlə-2” – “Sabah-2” oyunu bitdikdən sonra qonaq komandanın baş məşqçisi İlqar Mənsimov hakimə etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığına və daha sonra dəhlizə daxil olarkən hakimi təhqir etdiyinə görə 5 oyun cəzalanıb, klub 400 manat cərimələnib.
