Baş məşqçinin köməkçiləri müəyyənləşib
16.08.2018 , 18:28

İspaniya milli komandasının baş məşqçisi Luis Enrikenin köməkçiləri müəyyənləşib
Milli komandanın oyunlarında Luis ilə birlikdə Lorenso Del Poso və Xuanxo Qonsales də oyunculara dəstək olacaq.
Del Posonun vəzifəsi idman terapevti, Qonsalesin isə texniki məşqçidir.
Qeyd edək ki, İspaniya yığmasının məşqçilər heyətinin debütü Millətlər Liqasında İngiltərəyə qarşı olacaq. Həmin qarşılaşma avqustun 8-də Londonda keçiriləcək.
