Bu gün AFFA intizam Komitəsinin növbəti iclası keçirilib.
Korner.az-ın məlumatına görə, Azərbaycan Divizionunun XXIV turunun “Göyəzən” – “Tərəqqi” matçının 41-ci dəqiqəsində “Göyəzən” klubunun 17 №-li futbolçusu Tamerlan Yusifov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunub.
Oyunun 64-cü dəqiqəsində “Tərəqqi” klubunun 66 №-li futbolçusu Fuad Əliyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunub.
“Energetik” – “Lokomotiv” mtçının 85-ci dəqiqəsində “Energetik” klubunun 13 №-li futbolçusu Vüqar Həsənovla, “Lokomotiv” klubunun 6 №-li futbolçusu Səbail Bağırov aqressiv hərəkətə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün futbolçular 4 oyunluq cəzalanır, klublar 400 manat cərimə olunub.
“Şəmkir” – MOİK matçının 20-ci dəqiqəsində MOİK klubunun 15 №-li futbolçusu Taleh Muradov idmançıya yaraşmayan görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunub.
Oyunun57-ci dəqiqəsində “Şəmkir” klubunun 18 №-li futbolçusu Abdulla Sadiqov aqressiv hərəkətə görə meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunub.
Matçın 57-ci dəqiqəsində “Şəmkir” klubunun baş məşqçisi Anar Kələntərovla MOİK klubunun baş məşqçisi Namiq Adilov biri-birini təhqir etdiklərinə görə texniki zonadan kənarlaşdırıldıqları üçün məşqçilər 5 oyunluq cəzalanır, klublar 500 manat cərimə olunu
