1 ay sonra baş məşqçini göndərdilər
23.12.2024 , 22:57
“Sportinq” baş məşqçi Pereyra ilə yollarını ayırıb.
Korner.az xəbər verir ki, bu barədə Portuqaliya mətbuatı məlumat yayıb.
Buna səbəb komandanın 40 yaşlı mütəxəssisin rəhbərliyi altında uğursuz nəticələr əldə etməsi olub.
O, ötən ayın 11-də Ruben Amorimi əvəzləmişdi.