Topaz Premyer Liqasının 31-ci turunda baş tutan “Qərb derbisi”ndə “Kəpəz” “Turan”ı 5-3 hesabı ilə məğlub etdi.
Korner.az oyundan sonra keçirilən mətbuat konfransında hər iki klubun baş məşqçilərinin səsləndirdiyi fikirlərlə sizi tanış edir.
Mahmud Qurbanov, “Kəpəz” klubunun baş məşqçisi: “Çoxlu qol epizodları yaratdıq. Hamısından istifadə edə bilməsək də, yarısını qola çevirdik. Bu mövsüm “Turan”a hər üç oyunda məğlub olmuşduq. Son oyunda qalib gəldiyimiz üçün şadam. Mövsümdə göstərdiyimiz ən yaxşı oyun idi. Hər iki qapıçımızın bu gün ad günüdür. Qələbəni onlara həsr edirik”.
Əfqan Talıbov, “Turan” klubunun baş məşqçisi: ”Kəpəz”lə bundan əvvəlki üç oyunda qələbə qazanmışdıq. Bu gün də qələbə əzmi ilə meydana çıxmışdıq. Lakin müdafiədə kobud səhvlər buraxdıq, qapımızda qollar gördük. Hesab bərabərləşdikdən sonra daha iki qol buraxdıq, bu, oyunumuzu pozdu”.