Bu gün futbol üzrə 2016-cı ildə Fransada keçiriləcək Avropa Çempionatının püşkatma mərasimi baş tutacaq.
Korner.az-ın məlumatına görə, azərbaycanlı futbol azarkeşlərinin böyük maraqla izlədiyi Türkiyə millisinin də rəqibləri bəlli olacaq. Püşkdə 24 komanda iştirak edəcək və yığmalar 6 qrupa bölünəcək.
Bakı vaxtı ilə saat 21:00-da başlayacaq tədbir Parisdə baş tutacaq.
A qrupu: Fransa
Səbətlərin tərkibi:
1-ci səbət
İspaniya, Almaniya, İngiltərə, Portuqaliya, Belçika
2-ci səbət
İtaliya, Rusiya, İsveçrə, Avstriya, Xorvatiya, Ukrayna
3-cü səbət
Çexiya, İsveç, Polşa, Rumıniya, Slovakiya, Macarıstan
4-cü səbət
Türkiyə, İrlandiya, İslandiya, Uels, Albaniya, Şimali İrlandiya
Qeyd edək ki, Avro-2016\ gələn il iyunun 10-da start götürəcək və növbəti ayın 10-da başa çatacaq.
