Baş məşqçi vəzifəsindən getdi
19.07.2024 , 11:30

“Strasburq”da ayrılıq yaşanıb.
Korner.az xəbər verir ki, Fransa təmsilçisinin baş məşqçisi Patrik Vieyra vəzifəsindən gedib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
48 yaşlı mütəxəssis 2023-cü ilin yayından “Strasburq”a rəhbərlik edirdi.
