Baş məşqçi üçün tarixi qələbə
17.11.2022 , 16:39

İtaliya millisinin baş məşqçisi Roberto Mançini tarixi qələbə qazanıb.
Korner.az xəbər verir ki, bu ölkənin milli komandası yoxlama oyununda Albaniyanı 3:1 hesabı ilə məğlub edib.
Bununla da, 57 yaşlı baş məşqçi 35-ci qələbəsini qazanıb. Mançini hazırda bu göstəriciyə görə İtaliya milli komandasının tarixində üçüncü pillədə yer alır.
