“Çelsi”nin qapıçısı Tibo Kurtua yeni müqavilə astanasında
Komandanın baş məşqçisi Antonio Konte yeni müqavilə imzalamaq barədə danışıqlar apardıqlarını təsdiqləyib. Onun sözlərinə görə, Tibonun “Çelsi”də qalacağına ümid etmək olar: “Kurtua dünyanın ən yaxşı qapıçılarından biridir, bəlkə də birincisidir. Onun böyük potensalı var. Hər matçda yaxşı oyunayır. Ümid edirəm ki, klub rəhbərliyi ilə tezliklə razılığa gələcək. Tibo “Çelsi” üçün əhəmiyyətli oyunçudur”.
Qeyd edək k, T.Kurtanın yeni müqavilə ilə həftəsinə 230 min avro qazanmaq istədiyi iddia olunur.
