Avro-2012 çərçivəsində Almaniyaya məğlubiyyətdən (0:1) sonra Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldonun etdiyi hərəkət bir çox azarkeş qəzəbiə tuş gəlmişdi. Belə ki, Madrid "Real"ının futbolçusu bu məğlubiyyətdən sonr azarkeşləri salamlamaq əvəzinə birbaşa paltardəyişmə otağına yollanmış və kapitanlıq sarğısını yerə atmışdı. Sözügedən məsələ ilə bağlı Portuqaliya millisinin baş məşqçisi Paulu Bentu Ronaldonun davranışı ilə əlaqədar üzr istəyib.
"Oyunçular ayrı-ayrı situasiyalara müxtəlif cür reaksiya verirlər. Bu hərəkət kimisə incidibsə, üzr istəyirəm. Çünki ona görə mən məsuliyyət daşıyıram”.
