Baş məşqçi: “Riçarlisonun “Liverpul”a getməsi gülməlidir”
06.04.2019 , 16:57
“Everton” klubunun baş məşqçisi Marko Silva Riçarlisonun “Liverpul”a getməsi xəbərinə münasibət bildirib.
Portuqaliyalı çalışdırıcı Riçarlisonun başqa kluba keçməsini gülüşlə qarşıladığını deyib.
“Riçarlisonun başqa kluba keçidi gündəm də deyil. Belə xəbərlərə sadəcə gülürəm.”
Qeyd edək ki, İngiltərə mətbuatında Riçarlisonun yeni mövsümdən “Liverpul”a keçiməsi ilə bağlı xəbər yayılıb.
