Baş məşqçi ölkəsinə qayıdır
04.06.2025 , 12:55

“Əl-Nəsr”in baş məşqçisi Stefano Pioli karyerasını ölkəsində davam etdirə bilər.
Korner.az xəbər verir ki, italiyalı mütəxəssisin “Fiorentina”nı çalışdıra biləcəyi iddia olunur.
Bu barədə xarici KİV məlumat yayıb.
Xəbərdə, 59 yaşlı çalışdırıcı iıə danışıqların davam etdiyi bildirilib.
Yekun qərarın yaxın zamanda veriləcəyi gözlənilir.
