Baş məşqçi Messinin klubdan ayrılacağını açıqladı
01.06.2023 , 15:59

Ulduz futbolçu Lionel Messinin PSJ-dən ayrılacağı dəqiqləşib.
Korner.az xəbər verir ki, bununla bağlı Paris təmsilçisinin baş məşqçisi Kristof Qaltye açıqlamasında deyib.
Təcrübəli mütəxəssis futbolçunun komandadan ayrılacağını bildirib:
“Mən dünyanın ən yaxşı oyunçusunu çalışdırmaq şərəfinə nail olmuşam. Sabahkı “Klermon”a qarşı matç Lionel Messinin “Park de Prens”dəki son oyunu olacaq”.
Mina Musayeva
