İngiltərədə nadir hallarda görülə biləcək bir hadisə baş verib.
Korner.az-ın məlumatına görə, İngiltərə 2-ci Liqasında mübarizə aparan “Notts Kauntri” klubunun baş məşqçisi Kevin Nolan özünü yeni futbolçu olaraq göstərdi.
“Vest Hem”in sabiq futbolçusu olan 34 yaşlı baş məşqçi kluba verilən transfer qadağası cəzasına görə adını komandanın heyətinə yazdırıb. Bundan sonra Nolon “Notts Kauntri” klubunda həm məşqçi, həm də futbolçu kimi fəaliyyət göstərəcək.
12 yanvar tarixində 2-ci liqa komandasının baş məşqçilik postuna gətirilən mütəxəssis karyerində “Bolton”, “Nyukasl”, “Vest Hem” və “Leyton Oriyent” klublarının şərəfini qoruyub. Ən yaxşı dövrünü “Vest Hem” klubunda keçirib.
