Baş məşqçi komandadan uzaqlaşdırıldı – koronavirusa görə
28.02.2020 , 17:57

“Honved” klubu baş məşqçisi Cüzeppe Sanninonu postundan kənarlaşdırıb.
Korner.az xəbər verir ki, italiyalı mütəxəssis koronavirus təhlükəsinə görə müvəqqəti komandadan uzaqlaşdırılıb.
Belə ki, Sannino və köməkçilərindən bəzisi bir neçə gün əvvəl İtaliyada səfərdə olub.
Bu ölkədə koronavirusun kəskin artmasından narahat olan “Honved” rəhbərliyi isə Macarıstana qayıdan italiyalı məşqçiləri düşərgəyə burxmayıb.
