“Boavişta”nın baş məşqçisi Migel Lil qapıçıları Kamran Ağayevin Portuqaliya çempionatının 12-ci turunda “Pasuş de Ferreyra” ilə oyundakı (1:2) çıxışını dəyərləndirib.
Korner.az-ın məlumatına görə, o bildirib ki, rəqib komandanın vurduğu ilk qolda Ağayevin kobud səhvi olub:
“Kamranın səhvinin zədəsi ilə bağlı olduğunu düşünmürəm. Sadəcə o, həmin an düzgün qərar verə bilmədi. Onu da nəzərə alın ki, Kamranın oynayıb-oynamayacağı sual altında idi. Lakin çox çalışdı və komandasına kömək etmək üçün meydana çıxdı. Bizi bir neçə vəziyyətdə xilas da etdi”.
