Baş məşqçi istefaya göndərildi
24.01.2024 , 14:27

Qana milli komandasının baş məşqçisi Kris Hyüton istefaya göndərilib.
Korner.az xəbər verir ki, bu barədə Qana Futbol Federasiyası məlumat yayıb.
Buna səbəb yığmanın Afrika Millətlər Kubokunun qrup mərhələsindəki matçlarının heç birində qalib gəlməməsi olub.
Kris Hyüton ötən ildən komandanya baş məşqçilik edirdi.
