Baş məşqçi istefa verdi
25.01.2024 , 12:04

Tunis millisinin baş məşqçisi Cəlel Qədri vəzifəsindən istefa verib.
Korner.az xəbər verir ki, o, komandanın Afrika kubokunda pley-offa yüksələ bilməməsindən sonra bu addımı atıb.
Ötən gün Tunis yığması Cənubi Afrika yığması ilə heç-heçə edib (0:0).
O, görüşdən sonra mətbuata millidən ayrıldığını açıqlayıb.
