Baş məşqçi ilə müqaviləni yenilədilər
04.01.2025 , 21:50
“Monako” baş məşqçisi Adi Hütterlə müqavilənin müddətini uzadıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Avstriyalı mütəxəssislə 2 illik yeni sözləşmə imzalanıb.
“Monako” Fransa Liqa 1-də 30 xalla üçüncü sırada qərarlaşıb.