Baş məşqçi göndərildi
20.06.2023 , 23:46

Kosovo Futbol Federasiyası milli komandanın baş məşqçisi Alen Jiresslə yolları ayırıb.
Korner.az xəbər verir ki, bu barədə federasiya rəsmi məlumat yayıb.
Buna komandanın Avro 2024-ün seçmə mərhələsində Belarusa 1:2 hesablı məğlubiyyəti səbəb olub.
Jiress Kosovo millisini 2022-ci ilin fevralından çalışdırırdı.
