Baş məşqçi Dybalanın getməyini istəmir
17.05.2024 , 11:02

Paulo Dybala “Roma”da qala bilər.
Korner.az-ın məlumatına görə, argentinalı ulduz futbolçu Avropanın bir neçə klubundan yaxşı təklif alıb. Lakin “Roma”nın baş məşqçisi De Rossi Dybalanı komandaya lazım bilir.
“Canavarlar”ın çalışdırıcısı rəhbərlikdən Dybalanı saxlamasını xahiş edib.
