Amerika Kubokundan sonra milli komanda ilə vidalaşdığını bildirən Lionel Messi yenidən yığma ilə meydana çıxacaq.
Korner.az-ın məlumatına görə, bu barədə Argentinanın baş məşqçisi Edqardo Baus bildirib.
O, Messinin oynamaq gücündə olduğunu və DÇ-2018-in seçmə mərhələsində Uruqvayla keçiriləcək matçda meydana çıxa biləcəyini deyib. Baş məşqçi Messinin yaxşı oyun göstərəcəyinə inandığını qeyd edib.
