Baş katib Şenol Günəşlə görüşdü – FOTO
05.12.2019 , 18:54

Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov Türkiyə milli komandasının baş məşqçisi Şenol Günəşlə görüşüb.
Korner.az xəbər verir ki, görüş zamanı Türkiyə milli komandasının Avro-2020-nin final mərhələsinin A qrupunda 2 oyununu Bakı Olimpiya Stadionunda keçirəcəyi ilə bağlı məmnunluq hissləri ifadə edən fikirlər səsləndirilib.
Oyunların məhz Bakıda keçirilməsi türkiyəli azarkeşlərin doğma komandalarını dəstəkləməsi üçün məsafə və atmosfer baxımından daha rahat olacağı qeyd olunub. Eyni zamanda, ölkəmizdə olan çoxsaylı Türkiyə futbolu azarkeşlərinin komandalarına doğma meydan əhval-ruhiyyəsi yarada biləcəyi vurğulanıb.
Elxan Məmmədov Türkiyə milli komandasına Avropa çempionatında uğurlar arzulayıb, Şenol Günəş isə öz növbəsində səmimi qəbula görə təşəkkürünü bildirib.
