AFFA-nın baş katibi Elxan Məmmədov bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvləri ilə görüşüb.
Korner.az-ın məlumatına görə, baş katib Avropa çempionatının elit-raund mərhələsində mübarizə aparacaq yığmamıza uğurlar arzulayıb.
Qeyd edək ki, millimiz Avropa çempionatının elit-raund mərhələsi çərçivəsində martın 17-də Xorvatiya, 19-da Portuqaliya, 2 gün sonra isə Serbiya komandası ilə qarşılaşacaq. Yığmamızın mübarizə aparacağı II qrupun oyunları Bakıda təşkil olunacaq.
