Əməkdar jurnalist, uzun illərdir futbol sahəsində fəaliyyət göstərən, hazırda AFFA-nın nəzdindəki Futbol Muzeyinin direktoru vəzifəsində çalışan Abas Əzimovun 80 yaşı tamam olur.
Korner.az-ın məlumatına görə, əlamətdar yubileyi münasibətilə AFFA-nın baş katibi Elxan Məmmədov A.Əzimovla görüşüb, ona cansağlığı arzulayıb və AFFA-nın adından Azərbaycan milli komandasının futbolkasını yubilyara hədiyyə edib.
