Bartemeu: “Messi 45 yaşına…”
03.05.2019 , 17:55

“Barselona” klubunun prezidenti Xosep Bartemeu Lionel Messinin klubdakı gələcəyi ilə bağlı danışıb.
Bartemeu sözlərinə görə, rəhbərlik argentinalı ilə müqavilə müddətini artırmaq və hətda karyerasını “Barselona”da bitirməsi üçün danışıqlar aparacaq.
“Messi “Barselona” klubunun əfsanəsidir. Onun burada nə qədər oynamaq istədiyini deyə bilmərəm. Bu. 2 ya da 3 il ola bilər. Bir həqiqət var ki, Messi 45 yaşına qədər futbol oynaya biləcək gücdədir.”
Qeyd edək ki, Lionel Messinin “Barselona” ilə olan müqaviləsi 2021-ci ildə başa çatır.
