“Barselona”ya “yox” dedi
07.08.2024 , 12:20

Uzun müddətdir transfer gündəmində olan ispaniyalı futbolçu Niko Uilyamsdan “Barselona”ya pis xəbər gəlib.
Korner.az xəbər verir ki, 22 yaşlı oyunçu növbəti mövsüm üçün qərarını verib.
İspaniya mətbuatında yer alan xəbərə görə, ulduz futbolçu karyerasını “Atletiko Bilbao”da davam etdirmək istəyir.
Klubu ilə müqaviləsi 2027-ci ilə qədər davam edən 22 yaşlı Uilyamsın hazırkı transfer dəyəri 70 milyon avro olaraq göstərilir.
