“Barselona”nın zədəli futbolçuları Andres İnyesta və Serxio Buskets sıraya dönüb.
Korner.az-ın məlumatına görə, hər iki futbolçunun adı bu gün İspaniya kubokunun yarımfinal mərhələsində “Atletiko” ilə keçiriləcək oyunun iştirak ərizəsinə salınıb.
Cəzalı durumda olan Neymar və zədəli Rafinya isə Madrid klubu ilə görüşü buraxacaq.
