"Çelsi"nin futbolçusu Sesk Fabreqas gələcək karyerası haqda danışıb.
Korner.az-ın məlumatına görə, bu barədə "Marca" qəzeti yazıb.
İspaniyalı futbolçu yenidən vətəninə qayıda biləcəyini desə də, sabiq komandası "Barselona"ya dönməsinin mümkünsüz olduğunu bildirib:
"İspaniyaya qayıda bilərəm. Ancaq düzünü desəm, bu haqda düşünməmişəm. Çünki "Çelsi"də yarımçıq qalan işlərim var. Onu da deyim ki, ölkəmə qayıda bilsəm də, sabiq komandam "Barselona"ya dönməyim mümkünsüzdür. Bu mövzu artıq mənim üçün qapanıb".
