İspaniya La Liqasının 20-ci turunda evdə “Atletik” (Bilbao) klubunu darmadağın edən (6:0) “Barselona” ciddi itki ilə üzləşib.
Korner.az-ın məlumatına görə, Kataloniya təmsilçisinin müdafiəçisi Xordi Alba zədələnərək sıradan çıxıb.
Oyunun gedişində sağ ayağında ağrılar hiss edən ispaniyalı futbolçu 69-cu dəqiqədə əvəzlənib. Onun 10 gün yaşıl meydanlardan kənarda qalacağı bildirilir
