İspaniya La Liqasında mübarizə aparan “Barselona”nın futbolçusu Arda Turan 3 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Korer.az-ın məlumatına görə, türkiyəli oyunçunun sağ ayağında əzələ probleminin olduğu bildirilir.
Yarımmüdafiəçi aşağıdakı komandalara qarşı keçiriləcək matçlarda iştirak edə bilməyəcək:
“Qranada” (rəqib meydanı)
“Sevilya”
“Malaqa” (rəqib meydanı)
“Yuventus” (rəqib meydanı)
