“Bavariya”nın futbolçusu David Alaba Çempionlar Liqasının yarımfinalında “Barselona” ilə cavab matçı öncəsi fikirlərini bildirib.
Korner.az-ın Almaniya mətbuatına istinadən yaydığı məlumata görə, zədə səbəbindən sözügedən qarşılaşmanı buraxacaq avstriyalı müdafiəçi komanda yoldaşlarına inandığını deyib:
“Ümid edirəm ki, 4:0 hesabı ilə qalib gələcəyik və finala yüksələcəyik. Əgər bunu bacaracağımıza inanmırıqsa, meydana çıxmamalıyıq”.
