“Barselona”nın zədəlisi sıraya dönür
18.10.2024 , 11:07
“Barselona”nın futbolçusu Dani Olmonun bərpa müddəti başa çatıb.
Korner.az xəbər verir ki, oyunçu artıq zədəsini sağaldıb.
26 yaşlı ispaniyalı yarımmüdafiəçi komanda ilə məşqlərə başlayıb.
Onun “Sevilya” ilə oyunda heyətdə yer alacağı gözlənilir.