“Barselona”nın zədəlisi sıraya döndü
15.07.2020 , 20:29

“Barselona”nın zədəli futbolçusu Osman Dembele sağalıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı futbolçunun artıq məşqlərə başladığı bildirilib.
Xatırladaq ki, fevralın əvvəlində sağ ayaq əzələsindən zədə alan Dembele əməliyyat edilmişdi.
