“Barselona”nın zədəlisi sıraya döndü
10.12.2024 , 20:58
“Barselona”nın futbolçusu Ronald Arauxo zədəsini bərpa edib.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı uruqvaylı müdafiəçi Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda keçiriləcək “Borussiya”ya qarşı matçın iştirak heyətinə əlavə edilib.