“Barselona”nın zədəlisi fərdi məşqlərə başladı
01.07.2025 , 15:30

“Barselona”nın zədəlisi Mark Bernal fərdi məşqlərə başlayıb.
Korner.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
18 yaşlı futbolçu iyulun 13-də komanda ilə məşqlərə qoşulacaq.
İspaniyalı yarımmüdafiəçi ötən mövsüm cəmi 3 oyunda çıxış edə bilmişdi.
