“Barselona”nın yeni transfer hədəfi bu dəfə İtaliya klubundan oldu
25.02.2025 , 10:30

“Barselona” yeni transfer üçün İtaliyaya üz tutub.
Korner.az xəbər verir ki, Kataloniya təmsilçisi “Yuventus”un hücumçusu Duşan Vlahoviçlə maraqlanır.
İspaniya nəhəngi serbiyalı futbolçunu Robert Levandovskinin əvəzləyicisi olaraq görür.
La Liqa klubu yyayda Vlahoviçin transferini həyata keçirməyə çalışacaq.
25 yaşlı forvardın dəyəri isə 60 milyon avro olaraq qiymətləndirilir.
