“Barselona”nın yeni transfer hədəfi
20.02.2025 , 14:45

“Barselona”nın yeni transfer hədəfi məlum olub.
Korner.az xəbər verir ki, Kataloniya təmsilçisi “Liverpul”dan Luis Diazı heyətinə cəlb etmək istəyir.
28 yaşlı yarımmüdafiəçi özü də La Liqa nəhənginə keçmək arzusundadır. Hazırda tərəflər arasında danışıqlar davam edir.
Kolumbiyalı futbolçu bu mövsüm “Liverpul”un heyətində 35 matçda, 13 qol vurub və 2 asist edib.
