“Yuventus”un hücumçusu Mario Mandzukiç yenidən İspaniya La Liqasına qayıda bilər.
Korner.az-ın məlumatına görə, xorvatiyalı futbolçu “Barselona”nın maraq dairəsinə düşüb.
“Napoli”dən Qonzalo İquaini transfer edən Turin təmsilçisi Mandzukiçlə yollarını ayırmağa hazırdır. Tərəflər transferin məbləği ilə bağlı razılığa gəlsələr, 30 yaşlı futbolçu yeni mövsümdən “Barselona”da oynayacaq. (El Mundo Deportivo)
