“Barselona”nın yarımmüdafiəçisi ilin ən yaxşı qadın futbolçusu seçildi
16.12.2025 , 22:45
“Barselona”nın yarımmüdafiəçisi Aytana Bonmati 2025-ci ilin ən yaxşı qadın futbolçusu seçilib.
Korner.az xəbər verir ki, FIFA The Best mükafatına layiq görülən ispaniyalı oyunçu daha əvvəl ardıcıl üçüncü dəfə “Qızıl Top”u qazanaraq rekord müəyyənləşdirib.
Ötən mövsümdə Bonmati “Barselona” ilə İspaniya çempionluğunu, Kraliça Kubokunu və İspaniya Superkubokunu qazanıb. Yarımmüdafiəçi 16 qol vurub və 12 məhsuldar ötürmə ilə komandasının əsas fiqurlarından biri olub.